Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonundan olan Gəncə şəhər şəhidlər xiyabanında dəfn edilən Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu.

26 sentyabr 2023 | 16:29

"27 sentyabr-Anım Günü" münasibətilə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu. Samux rayonundan olan Gəncə şəhər şəhidlər xiyabanında dəfn edilən Musayev Ayxan Mehman oğlu, Namazov Elməddin Nəsib oğlu​ və Məmmədov Kərim Namil oğlunun da məzarları ziyarət olundu. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidlərin ailəsi, yaxınları iştirak etdi. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova ​ 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər