Samux rayonunda yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan abituriyentlərlə görüş keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi istirahət parkında ucaldılmış möhtəşəm heykəli önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Milli Məclisin deputatı Nizami Səfərov, Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, təhsil sahəsinin məsul şəxsləri və valideynlər iştirak ediblər.
Alı Qocayev çıxış edərək tələbə adını qazanmış abituriyentləri təbrik edib, ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdikləri yüksək diqqət və qayğıdan, Samux rayonunda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra olunan tədbirlərdən söz açdı.
Milli Məclisin deputatı Nizami Səfərov qeyd etdi ki, Ulu Öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirilmiş, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Ulu öndərin qoyduğu ənənəyə sadiq qalmaqla, onun tərəfindən əsası qoyulmuş siyasəti davam və inkişaf etdirmişdir. Nəticədə təhsilin inkişafı ilə əlaqədar mühüm layihələr icra olunmuş, təhsil sahəsində islahatlar həyata keçirilməklə, bu sahə daim diqqətdə saxlanılmışdır.
Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev də çıxışında yüksək bal topalayaq ali məktəb qazanmış məktəbliləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
2021-2022-ci tədris ilində Samux rayon məktəbləri üzrə 9621 nəfər şagird, 710 nəfər hazırlıq sinfində uşaq təhsil almışdır. 9-cu siniflər üzrə 838 nəfər şagirddən hamısı, 11-ci siniflər üzrə isə 467 nəfər şagirddən 465 nəfər attestat almışdır. Attestatlardan 9-cu sinifdə 8 fərqlənmə, 11-ci sinifdə isə 7-ədəd fərqlənmə attestatı alınmışdır. Ali təhsil müəssilərinə 11-ci sinif üzrə 164 nəfər qəbul olmuşdur ki, bu da 35% faiz nəticə deməkdir. Cari tədris ilində Ali məktəblərə qəbulda ən yüksək balı 651 balla Samux şəhər 2 nömrəli tam orta məktəb göstərmişdir.
Çıxış edən abituriyentlər və valideynlər hər zaman təhsilə göstərilən yüksək dövlət qayğısına görə samuxlu tələbələr adından ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Görüşün sonunda tələbələr və valideynlər Samux Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri ilə təltif olunublar.