Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda yeni uşaq bağçasının açılışı olub

26 dekabr 2023 | 17:47

Samux rayonunun Seyidlər kəndində şəhid ailələri və qazilər üçün tikilmiş 200 mənzillik yaşayış kompleksində uşaq bağçasının açılışı olub.

Açlışda Samux Rayon İcra Hakimiyyətinin Başçısı Firdovsi Əliyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir iştirakçıları yeni açılan 50 yerlik uşaq bağçasında yaradılmış şəraitlə yaxından tanış olduqdan sonra körpə fidanların rəngli dünyasını əks etdirən musiqili yeni il çıxışlarını izləyib.

 Şəhidlərin valideynləri və qazilər göstərilən diqqət və qayğıya görə Prezidentimiz, cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

Keçidlər