Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti təmizlik aksiyası keçirilib

04 may 2024 | 11:48

Samux rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti təmizlik aksiyası keçirilib. Rayonun bütün yaşayış məntəqələrini əhatə edən aksiyada Samux RİH başçısı Firdovsi Əliyev, Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, yerli sakinlər könüllü olaraq iştirak ediblər.

Aksiya çərçivəsində rayon ərazisi məişət tullantılarından, otlardan, qurumuş ağac və gül kollarından təmizlənərək, yeni ağac və gül kolları əkilibdir.

 

 

Keçidlər