Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam etdirilir.
Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam etdirilir. Samux Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq keçirilən növbəti ağacəkmə aksiyası Ziyadlı və Sərkar kəndlərinin inzibati ərazisində, Samux-Kür yolunun kənarında təşkil olunub.
Ağacəkmə aksiyasında RİH-nin əməkdaşları, idarə müəssisə və təşkilatların kollektivləri, eləcə də gənc könüllülər avtomobil yolunun kənarına yerli iqlim şəraitinə uyğun gələn 2 min ədədədək şam, sərv ağacları, oleandr və bəzək gül kolları əkiblər.
Aksiya çərçivəsində əvvəl əkilən ağac tinglərinə aqro-texniki qulluq göstərilib və yenidən suvarılması təmin edilib. Qeyd edək ki, əkilən ağacların suvarılması üçün müasir damcılı suvarma sistemi çəkilib.