Samux rayonunda “XXI əsrin ilk Milli Qəhrəmanı İsgəndərov Elton Xaləddin oğlunun anım günü” qeyd edildi.
Samux rayonunda “XXI əsrin ilk Milli Qəhrəmanı İsgəndərov Elton Xaləddin oğlunun anım günü” keçirildi. Ilk öncə tədbir iştirakçıları Milli qəhrəmanın qəbrini ziyarət edərək üzərinə tər-qərənfillər düzdü. Daha sonra tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev qeyd etdi ki, 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, bir neçə sərhəd pozucusunu məhv etdikdən sonra döyüşün ağır yerində sərhəd pozucularının biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atdığını görən cəsur əsgər dərhal özünü qumbaranın üzərinə ataraq öz həyatı bahasına əsgər və zabitlərimizin həyatını xilas edib. Bəli həmin bu cəsur əsgər İsgəndərov Elton Xaləddin oğludur. O bu hərəkəti ilə Azərbaycan oğullarının vətən uğrunda lazım gələrsə canlarından keçə biləcəyini sübut edərək gənc nəsillərə nümunə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti əsgərimizin göstərdiyi bu şücayəti nəzərə alaraq 25.06.2009-cu il tarixli 349 saylı Sərəncamı ilə İsgəndərov Elton Xaləddin oğluna ölümündən sonra Milli Qəhrəman adını verdi.
Tədbirdə iştirak edən Xaləddin İsgəndərov oğlunun göstərmiş olduğu qəhrəmanlıqla ilə fəxr etdiyini və Azərbaycanımızda Elton kimi vətənpərvər oğlanların sayının onminlərlə, yüzminlərlə olduğunu vurğuladı və göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi .
Daha sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin nümayəndəsi qəhrəmanımızın şərəfli xitmətindən danışaraq qeyd etdi ki, bu gün Elton İsgəndərov qəhrəmanlığı ilə gənclərimiz üçün ən böyük bir örnəkdir.
ALLAH Qəhrəmanımız Elton İsgəndərovla birgə vətən yolunda rəhmətə gedən bütün şəhidlərimizə rəhmət eləsin.