Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Vətən müharibəsi şəhidinin əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edildi.

19 iyun 2023 | 17:00
Samux rayonunda Vətən müharibəsi şəhidinin əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edildi.
Samux rayon Lək kəndindən olan Vətən müharibəsi şəhidi Həmzəyev Arif Muradcan oğlunun ad günündə məzarı ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin valideynləri, qohumları, yaxınları, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak etdilər. Tədbirdə çıxış edənlər Vətən müharibəsi şəhidi haqqında, onun keçdiyi şərəfli döyüş yolu haqqında danışdılar. Şəhidin təhsil aldığı məktəbin şagirdləri vətənpərvərlikdən bəhs edən şeirlər dedilər. Daha sonra ailəsi evində ziyarət olundu. Əlavə məlumat üçün bildirək ki, Vətən müharibəsi şəhidi olan Arif Həmzəyev torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan
bir çox döyüşlərdə iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvaviq sərəncamları ilə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib, 05 noyabr 2020-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Keçidlər