Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Vətən müharibəsi şəhidi Həmzəyev Arif Muradcan oğlunun şəhadətinin üçüncü ildönümü qeyd olunub

06 noyabr 2023 | 11:11

Samux rayonunda Vətən müharibəsi şəhidinin şəhadətinin üçüncü ildönümü qeyd olunub

Samux rayonunun Lək kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Həmzəyev Arif Muradcan oğlunun şəhadətinin üçüncü ildönümü mərasimi keçirilib.

5 noyabr 2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Vətən müharibəsi şəhidi Həmzəyev Arif Muradcan oğlunun şəhadətinin ildönümündə iştirak edib.

Şəhidin ailəsi və yaxınları, müharibə iştirakçıları, rayon ictimaiyyəti və məktəb şagirdlərinin də iştirakı ilə şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Vətən müharibəsi şəhidi Arif Həmzəyev 19 iyun 2001-ci il tarixdə Samux rayonunun Lək kəndində anadan olub, Samux rayon Lək kənd tam orta məktəbinin məzunudur. Şəhid torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan bir çox döyüşlərdə iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvaviq sərəncamları ilə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. 19 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 5 noyabr 2020-ci il tarixdə Samux rayonunun Lək kənd qəbristanlığında dəfn edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər