Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ”Dahi Şəxsiyyət” adlı tədbir keçirilib.

08 may 2023 | 18:06
Samux şəhər 2 saylı tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ”Dahi Şəxsiyyət” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əminə Cəfərova Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verib. O bildirib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində olub. Bu gün bu müasir məktəbdə keçirilən tədbir də Ulu Öndərin xatirəsinə olan kiçik bir ehtiramın nümunəsidir.
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova çıxışına Heydər Əliyevin "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikri ilə başladı. Ümummilli Lider Heydər Əliyevin həmişə müəllim əməyini yüksək qiymətləndirdiyini deyən Kəmalə Xəlilova sözü ilə əməli vəhdətdə olan dahi liderin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, nəsillərə nümunə olan ideyalarının həyatımız boyu yolumuza işıq salacağına əminliyini bildirdi.Ümummilli Lider Heydər Əliyevin qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, Vətənini və millətini sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran lider kimi gənc nəsil tərəfindən hərtərəfli öyrənilməlisinin vacibliyinə toxundu.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov keçmişimizi dərindən öyrənmək və sələflərimizin yaratdıqları mənəvi dəyərlərə sahib çıxmaq üçün təhsil müəssisələrində təşkil edilən bu cür tədbirlərin əhəmiyyətindən danışıdı. Məktəblərdə Azərbaycanın dəyərlərinə olan ehtiramı müşahidə etməyin xoş təəssüratlar yaratdığını bildirərək, Dahi Liderin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində təhsil sahəsində böyük nailiyyətlərin əldə olunmasından bəhs etdi.
Sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu..
Tədbirdə şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.
Keçidlər