Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunub.

10 may 2023 | 00:06

Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunub.

 

“Heydər Əliyev İli” çərçivəsində mayın 10-da Samux rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ümumrayon yığıncağı keçirilib.

Yığıncaqda Samux Rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, hərbçilər, ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Həmçinin, Samux rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən, məktəblilər tərəfindən hazırlanan fotolara və əlişlərinə baxış keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Çıxış edən Samux Rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolundan, müasir müstəqil Azərbaycan dövlətinin güclənməsinə xidmət edən uğurlu fəaliyyətindən geniş danışıb. Qeyd edib ki, dahi şəxsiyyət bütün həyatını Azərbaycan xalqına və onun müstəqilliyinə həsr edib. Heydər Əliyevin misilsiz xidmətləri bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirib. Onun əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı-100” filmi təqdim edilib.

 

 

 

 

Keçidlər