Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirildi.
Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirildi. Təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Samux Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirildi. Aksiya çərçivəsində Qaraağaclı qəsəbəsində 100 ədəd “Eldar şamı” ağacları əkildi. Ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparıldı, yeni əkilən ağaclar suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi, əkilən ağacların inkişafı üçün, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görüldü. Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.