Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda ''Ümumdünya Avtomobilsiz Günü'' münasibətilə veloyürüş keçirilib.

24 sentyabr 2025 | 16:21

Samuxda ''Ümumdünya Avtomobilsiz Günü'' münasibətilə veloyürüş keçirilib.

 

Samux şəhərində "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Ümumdünya Avtomobilsiz Günü'' münasibətilə veloyürüş keçirilib.

Veloyürüş  Samux Rayon İcra Hakimiyyəti, Samux rayonu üzrə təhsil sektoru və Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə  keçirilib. 

Veloyürüş Samux şəhəri Heydər Əliyev Prospektidən Samux şəhər parkına doğru davam edib. Yürüşdə Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Samux rayon veloyürüş həvəskarları, gənclər və rayon sakinləri iştirak ediblər. Yürüş keçirilməsində əsas məqsəd rayon əhalisinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə verməkdir.

Keçidlər