Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda ulu öndərin anadan olmasının 99-cu ildönümü qeyd edildi.

10 may 2022 | 17:34

10 may 2022-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Samux Rayon İcra Hakimiyyətinin tədbiri keçirildi. Tədbir iştirakçıları Ulu öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək Ümummilli liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etdi. Natiq qeyd etdi ki, XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş etmişdir. Xalqımızın dahi şəxsiyyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhs belə şəxsiyyətlər sırasında önəmli yer tutmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddaratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir.
Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində iqtisadiyyatımız dinamik sürətlə inkişaf edir və buna görə Azərbaycan Avropanın önəmli tərəfdaşına çevrilir.
Daha sonra ulu öndərin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar rayon üzrə keçirilmiş müsabiqələrdə fərqlənənlərə fəxri fərman və hədiyyələr verildi.

Tədbirin sonunda məktəb  şagirdləri Heydər Əliyevin həyat və fəaliyyətinə dair çıxışlar edərək, Ulu Öndərə həsr edilmiş şerlər və mahnılar söylədilər.

Keçidlər