Samux rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.
12 dekabr 2022 | 14:39
Samux rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin vəfatından 19 il keçir. Ölkəmizin hər yerində olduğu kimi Samux rayonunda da dahi liderin xatirəsi yad edilir, silsilə tədbirlər keçirilir, onun xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır.
Dekabrın 12-də Samux rayonunda Anım günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə,müəssisə və təşkilatların nümayəndələri,rayon sakinləri Ümummilli Liderin adını daşıyan parkda onun abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.