Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar idarə, müəssisə və təşkilat əməkdaşları arasında dama yarışı keçirildi.

31 may 2023 | 18:15

Samux rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar idarə, müəssisə və təşkilat əməkdaşları arasında  dama yarışı keçirildi.

31 May  2023-cü il tarixdə YAP Samux rayon təşkilatında Samux rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Samux rayon təşkilatının,  Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Samux rayonunun idarə, müəssisə və təşkilat əməkdaşları arasında  dama yarışı keçirildi.

Tədbiri giriş sözü ilə açan  Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, Samux rayon İcra Hakimiyyəti başçısının humatiar məsələlər üzrə müavini Kəmalə Xəlilova və YAP Samux rayon Təşkilatının sədr müavini Sevinc Xəlilova Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən ətraflı bəhs etdilər və dama yarışı iştirakçılarına uğurlar arzuladı.

Maraqla qarşılanan yarışda I yeri Samux rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandası, II yeri Samux rayon Gigiyena və Epidemiologiya Mərkəzinin komandası, III yeri isə Samux rayon Maliyyə şöbəsinin komandası qazandılar.

II və III yeri qazanan Samux rayon Maliyyə şöbəsinin komandası  və  Samux rayon Gigiyena və Epidemiologiya Mərkəzinin komandasına diplomlar təqdim edildi.

I yeri qazanan Samux rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandası isə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə mükafatlandırılacaqlar.

Keçidlər