Samux rayonunda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev və gender bərabərliyi" mövzusunda tədbir keçirildi.
Samux rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev və gender bərabərliyi" mövzusunda tədbir keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin dəstəyi, Ombudsmanın Qərb Regional Mərkəzinin təşkilatçılığı, Samux Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin tərəfdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev və gender bərabərliyi" mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Samux Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Emin Şəmmədov və Fərid Rüstəmov, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin direktoru Kamil Məmişov, Samux Rayon Gənclər və İdman İdarəsinin müavini Rasim İmamquliyev və digər iştirakçılar çıxış edərək insan hüquqları ilə əlaqəli olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun verilməsi barədə geniş söhbət açıblar.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə demokrativ, hüquqi dövlət və müasir cəmiyyətin quruculuğunun, insan hüquqları və azadlıqlarının qorunması siyasətinin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malik olub.