Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda turizm potensialının inkişaf etdirilməsi ilə bağlı işçi qrupunun iclası keçirilib

11 dekabr 2023 | 15:02

Samux Rayon İcra Hakimiyyətinin və Gəncə Regional Turizm İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə turizm potensialının inkişaf etdirilməsi ilə bağlı işçi qrupunun Samux Rayon İcra Hakimiyyətində görüşü keçirilib.
Görüşdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Firdovsi Əliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, Gəncə Regional Turizm İdarəsinin direktoru Zaur Bayramov və qrupun digər üzvləri iştirak ediblər.
Görüşdə rayon ərazisində turizm potensialının üzə çıxarılması və inkişaf etdirilməsi, rayonun turizm mərkəzinə çevrilməsi barədə diskusiya şəklində geniş müzakirələr aparılıb.

Keçidlər