Samux rayonunda tikintiyə nəzarətin həyata keçirilməsi ilə bağlı tədbir keçirilmişdir.
Samux rayonunda tikintiyə nəzarətin həyata keçirilməsi ilə bağlı tədbir keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətində tikinti ilə bağlı iclas keçirilib. İclasda Samux Rayon İcra Hakimiyyəti başçısı, Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin əməkdaşları, Daşınmaz Əmlakın DRX-nin 3 saylı ərazi idarəsinin Samux rayon şöbəsi, nümayəndələr,bələdiyyələr,idarə, müəssisələr iştirak ediblər.
İclasda çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinə və istismarına icazələrin alınması, tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə müvafiq qurumların rəy verməli olduğunu bildirib. Rayon rəhbəri yerli icra hakimiyyəti və bələdiyyələrin bu sahədə fəaliyyətinin, qanunsuz tikintilərin sökülməsi və bu halların qarşısının alınmasının, eləcə də nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Digər çıxışlar zamanı tikinti obyektlərinin qanunla vaxtında sənədləşdirilməsi, əlaqədar qurumlara müraciət olunan zaman düzgün istiqamətləndirmə və başqa məsələlər barədə geniş məlumat verilib.