Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda ticarətin inkişafı üçün əlverişli şərait yaranmışdır.

17 avqust 2022 | 10:19

      Son illərdə ölkədə aparılan islahatlar, qiymətlərin liberallaşması, formalaşmış bazar iqtisadiyyatı digər sahələrlə yanaşı  ticarətin də inkişafı üçün əlverişli şərait yaratmış, pərakəndə ticarət dövriyyəsi,  xarici iqtisadi fəaliyyətin genişlənməsi, istehlak bazarının geniş çeşiddə əmtəə ehtiyatları ilə təmin olunması, əhalinin alıcılıq qabiliyyətinin artması  daha da genişlənmişdir. Bu sahənin inkişafında ticarət şəbəkələri xüsusi rola malikdir. Ticarət şəbəkələri bazarı mal və xidmətlərlə təchiz edərək, əhalinin istehlak mallarına tələbatını ödəmişdir.  Rayonda ticarət şəbəkələri pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, fəaliyyətlərində dayanıqlılığı, təchizat zəncirinin davamlılığını, istehlakçıların tələblərinin tam və dolğun ödənilməsini təmin etmişdir.

      2021-ci ildə rayon üzrə  qeydiyyatdan keçmiş 61 müəssisənin 14-ü   fəaliyyət göstərmişdir. Fəaliyyət göstərən müəssisələrin 3-ü iri, 3-ü kiçik və 8-i isə mikro müəssisələrdir. Rayonda ticarət sahəsi  29,1 min m2 olan  433  mağaza mövcud olmuşdur.

           Hesabat dövründə ticarətlə məşğul olan fərdi sahibkarların fəaliyyəti hüquqi şəxslərə nisbətən daha çox olmuşdur. Rayon əhalisinin istehlak mallarına olan təlabatının ödənilməsində fərdi sahibkarlar daha böyük rol oynamışlar. Ticarətlə məşğul olan fərdi sahibkarların  sayı 482  nəfər olmuşdur.

        Ticarət; nəqliyyat vasitələrinin təmiri üzrə məhsul buraxılışı 32989,9 min manat, rayon üzrə ümumi məhsul buraxılışnda xüsusi çəkisi isə 20,0  faiz olmuşdur.

2021-ci ildə rayonda pərakəndə ticarət dövriyyəsi 100273,3 min manat olmuşdur ki, bunun da 5293,1 min manatını və ya 5,3 faizini hüquqi şəxslər, 94980,2 min manatını və ya 94,7 faizini fərdi sahibkarlar təşkil etmişdir. Hal-hazırda rayonda bazar və yarmarkalar mövcud deyildir.

        Əhalinin hər nəfərinə düşən pərakəndə ticarət dövriyyəsi 1646,74 manat olmuşdur ki, bu da respublika üzrə əhalinin hər nəfərinə düşən pərakəndə ticarət dövriyyəsinin 37,3 faizini təşkil edir.

        2021-ci ildə 2020-ci ilə nisbətən  pərakəndə ticarət dövriyyəsinin ümumi həcmi müqayisəli qiymətlərlə 6,1 faiz az, faktiki qiymətlərlə isə 0,1 faiz çox olmuşdur.

         Pərakəndə ticarət dövriyyəsinin fiziki həcm indeksi 2005-ci ilə nisbətən 206,8 faiz, 2010-cu ilə nisbətən 124,2 faiz, 2015-ci ilə nisbətən isə 77,9 faiz olmuşdur.

         Rayon üzrə pərakəndə ticarət dövriyyəsinin respublika üzrə ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 0,23 faiz təşkil etmişdir.

          Pərakəndə ticarət dövriyyəsinin 63372,7 min manatı və ya  63,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 36900,6 min manatı və ya 36,8  faizi  isə qeyri-ərzaq məhsullarının payına düşür.

         Rayon üzrə yerli istehsal məhsullarının pərakəndə ticarət dövriyyəsi 80952,3 min manat olmuşdur ki, bu isə ümümi pərakəndə ticarət dövriyyəsinin  80,7 faizini təşkil edir.

         İdxal məhsullarının pərakəndə ticarət dövriyyəsi 19321,0 min manat, pərakəndə ticarət dövriyyəsində xüsusi çəkisi isə 19,3 faiz olmuşdur.

         Qeyri neft-qaz məhsullarının pərakəndə ticarət dövriyyəsi  85340,7 min manat, pərakəndə ticarət dövriyyəsində xüsusi çəkisi isə 85,1 faiz təşkil etmişdir.

         2021-ci ilin sonuna pərakəndə ticarət şəbəkəsinin mal ehtiyatlarının qalığı 8210,2 min manat, o cümlədən  ərzaq məhsulları, içkilər və tütün məmulatlarının ehtiyatları 2997,4 min manat, qeyri-ərzaq məhsullarının ehtiyatları isə 5212,8  min manat olmuşdur.

        Topdansatış ticarət dövriyyəsi 1244,9 min manat olmuşdur. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 466,2 min manat və ya 59,9  faiz çoxdur. Topdansatış ticarət dövriyyəsinin hamısı  hüquqi şəxslərin payına düşür.

        Topdansatış ticarət dövriyyəsinin əvvəlki ilə nisbətən fiziki həcm indeksi (cari qiymətlərlə) 159,9 faiz, 2005-ci ilə nisbətən 17,1 faiz, 2010-cu ilə nisbətən 7,5, 2015-ci ilə nisbətən isə 6,6  faiz olmuşdur.

        Ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində muzdla işləyən işçilərin sayı 822 nəfər, orta aylıq nominal əməkhaqqı isə 324,6 manat olmuşdur.

 

 

             Samux Rayon Statistika

İdarəsinin rəis müavini                        Allahverdi Məmmədov

Keçidlər