Samux rayonunda təmizlik aksiyası keçirildi.
Samux rayonunda təmizlik aksiyası keçirildi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin, Samux Rayon İcra Hakimiyyətinin və Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Samux rayonunun Qarayeri qəsəbəsi ərazisində Quşqara çayı sahilində növbəti təmizlik aksiyası keçirilib.
Təmizlik aksiyasının məqsədi rayon ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirklənməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması isitqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühit mühafizəsinə münasibətini dəyişməklər ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Təmizlik aksiyasında Samux Rayon İcra hakimiyyətinin başçısı Aparatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin, Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul şəxsləri və könüllülər iştirak etdilər.