Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda taxılın məhsuldarlığı 41 sentner olmuşdur.

22 iyun 2022 | 15:15

      Bu il rayonun təsərrüfatlarında 10860 hektar taxıl becərilmişdir. Taxıl sahələrinin 5788 hektarı əhali təsərrüfatlarında, 5072 hektarı isə kənd təsərrüfatı müəssisələrində olmuşdur. Taxıl sahələrinin 5960 hektarını buğda, 4900 hektarını isə arpa təşkil edir. Hal-hazırda 4022 hektar sahə biçilmiş və həmin sahələrdən 16453 ton məhsul əldə edilmişdir. Məhsuldarlıq hər hektardan 41 sentner olmuşdur ki, bu isə son illərdə əldə olunmuş ən yüksək göstəricidir. Tarlalardan 1748 ton buğda və 14705 ton arpa biçilmişdir. Buğdanın məhsuldarlığı hər hektardan 53,4 sentner, arpanın məhsuldarlığı isə 39,8 sentner olmuşdur.

      Rayonda taxıl biçini davam edir.

 

 

 

Samux Rayon Statistika İdarəsinin

rəis müavini Allahverdi Məmmədov

Keçidlər