Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda süni mayalanmadan 317 baş buzov doğulmuşdur.

08 avqust 2022 | 09:15

      Samux rayonunda 2022-ci ilin I yarımilində   935 baş iri buynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılmışdır. Heyvanların süni mayalandırılmasından 317 baş bala alınmışdır. Ümumiyyətlə, 2014-cü ildən bəri  rayonda süni mayalanmadan 10499 baş cins buzov doğulmuşdur. Aqrolizinq yolu ilə alınan cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələmişdir.

       01.07.2022-ci il tarixinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 23940 baş , qoyun və keçilərin baş sayı isə 132733 başa çatmışdır.

       Rayonda mal-qaranın cinsləşdirilməsi heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olmuşdur.  2021-ci ilin I yarımilində  rayonda  ət istehsalı (diri çəkidə)  2759 ton, süd istehsalı  15490 ton,  yumurta istehsalı isə  5126 min ədəd, yun istehsalı isə 220 ton olmuşdur.

 

 

 

Samux Rayon Statistika İdarəsi

 

Keçidlər