Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Şəhid ailələrinə və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir” movzusunda konfrans keçirildi.

19 sentyabr 2022 | 16:40

Samux rayonunda “Şəhid ailələrinə və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir” movzusunda konfrans keçirildi.

19 sentyabr 2022-ci il tarixdə  Samux Rayon İcra Hakimiyyətinin konfrans zalında “Şəhid ailələrinə və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir” movzusunda konfrans keçirildi.

Samux Rayon İcra Hakimiyyətinin təşkil etdiyi konfransda Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. Tədbrir iştirakçılar torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Konfransı çıxış nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir. Məhz bunun bariz nümunəsi kimi biz bu gün şəhid ailələrinə və qazilərə göstərilən qayğı və ehtiramın dövlətin prioritet vəzifəsi olduğunun şahidi oluruq. Respublikamızın hər yerində olduğu kimi Samux rayonunda da şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərilir, onlara mütəmadi olaraq maddi və mənəvi köməkliklər edilir. Belə ki, Samux rayonunda qeydiyyatda olan 23 nəfər Vətən müharibəsi şəhidi ailəsindən 15 nəfəri mənzillə təmin edilib, 4 nəfər Vətən müharibəsi şəhidi ailəsinə digər rayon qeydiyyatında olduqlarına görə aidiyyəti üzrə qeydiyyatda olduqları yer üzrə yerli icra hakimiyyəti orqanlarına müraciət edilməsində müvafiq köməklik göstərilmiş, 17 nəfər özünüməşğulluq proqramlarına cəlb edilmiş, 23 nəfər işlə təmin edilmişdir.

            Daha sonra çıxış edən Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Qurbanov bildirdi ki, Samux rayonundan olan Vətən müharibəsi ilə bağlı əlilliyi müəyyən olunanlardan 21 nəfərə əlillik təyin edilib, 2 nəfəri Samux rayonunda yaşamasına baxmayaraq digər rayon (şəhər) qeydiyyatıdır. Aidiyyəti orqanlar tərəfindən əlilliyin müəyyən olunması prosesi davam edir. Əlilliyi müəyyən olunanlardan 15 nəfər Samux Rayon İcra Hakimiyyəti tərəfindən imtiyazlı mənzil növbəsinə götürülmüş, 8 nəfər mənzillə təmin edilmiş, digərləri mənzil növbəsinə alınmaları üçün qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etmələri, hüquq və imtiyazları haqqında məlumatlandırılmışdır. Əlilliyi müəyyən olunan 21 nəfərdən 8 nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq aktivlərlə təmin edilmiş, 10 nəfərin özünüməşğulluq proqramına qoşulmaları ilə bağlı müraciətləri qeydiyyata alınıb, yaxın gələcəkdə aidiyyəti orqan tərəfindən aktivlərlə təmin edilmələri planlaşdırılır. Özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət etməyənlərə müraciət etmələri tövsiyə edilmişdir.

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov çıxışında qeyd etdi ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələri, müharibə iştirakçıları və oxşar kateqoriyadan olan imtiyazlı şəxslər ilə Rayon İcra Hakimiyyətinin inzibati binasında və  yaşadıqları evlərində çoxsaylı görüşlər təşkil edilmiş, müraciətləri dinlənilmişdir. Şəhid ailələri, qazilər və imtiyazlı kateqoriyadan olan digər şəxslərlə təşkil edilmiş görüşlərdə onları narahat edən məsələlərin həlli Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olduqda bir neçəsi  yerindəcə həll edilmiş və ya araşdırılaraq müvafiq köməklik göstərilmiş, həlli Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməsi qaydaları izah edilmiş, mərkəzi icra hakimiyyətləri orqanlarına rəsmi məktublar ünvanlanmış, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə əlavə dəstək olaraq ayrı-ayrı vaxtlarda maddi yardımlar olunmuşdur.   

Şəhidlərin adının əbədiləşdirilməsi ilə bağlı şəhidlərin adları yaşadıqları küçəyə verilmiş, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq ordenlə təltif edilmiş şəhidlərin adlarının məktəblərə verilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatətlər qaldırılmışdır.

Keçidlər