Samux rayonunda şəhid ailələri ziyarət edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən şəhid ailələri ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Samux rayonunda da daim diqqət mərkəzində saxlanılır.
22 noyabr 2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid ailələri ilə görüş keçirib. Samux rayonunun Ziyadlı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidləri Abdullayev Qəzənfər Nəcəf oğlunun və Yusifov Taleh Gündüz oğlunun məzarları və ailələri ziyarət edilib.
Daha sonra tədbir iştirakçıları şəhidlərin ev muzeyi ilə tanış olub. Şəhidlərin keçdikləri çətin və şərəfli döyüş yolundan söz açılıb.
Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezidentimiz, cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.