Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub.

20 aprel 2023 | 21:15
Samux rayonunda şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub.


Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Samux Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri və rayon içtimaiyyəti iştirak etdi.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndirildi.

Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının ruhuna dualar edilib.
RİH başçısı Alı Qocayev qəhrəman vətən oğullarının sayəsində hazırda işğaldan azad olunan dədə-baba yurdlarımızda sürətli və böyük quruculuq, abadlıq işlərinin aparıldığını önə çəkdi. O,  çox tez bir zamanda oradakı şəhər və kəndlərimizin yenidən inşa olunacağını, müasir standartlara uyğun infrastruktur və kommunal sistemlərin qurulacağını və beləliklə də oradakı həyatın tezliklə yenidən canlanacağını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
İftar mərasimində çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər