Samux rayonunda şəhid ailələri daim diqqət mərkəzində saxlanılır.
Samux rayonunda şəhid ailələri daim diqqət mərkəzində saxlanılır. Samux rayonunun Füzuli kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Ağamalıyev Ağamməd Elgiz oğlunun şəhadətinin ildönümü mərasimi keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Samux rayonunun Füzuli kəndindən olan Vətən müharibəsi şəhidi Ağamalıyev Ağamməd Elgiz oğlunun şəhadətinin ildönümü ilə bağı ailəsini, məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, rayonun imamı, hüquq-mühafizə orqanları, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı iştirak etdi. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıdan danışdı . Məktəblilər vətənpərvərliklə bağlı şeirlər dedilər.
Ağamalıyev Ağamməd Elgiz oğlu 16 noyabr 1990-ci il tarixdə Samux rayonunun Füzuli kəndində anadan olmuşdur. Samux rayon Füzuli kənd tam orta məktəbinin məzunudur. 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. 13 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. 19 oktyabr 2020-ci ildə Samux rayonunun Füzuli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" ,"Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
--
Rustam Ramizli