Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

20 fevral 2026 | 11:15

Samux rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bütün qəsəbə və kəndlərini əhatə edən aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, eləcə də rayon sakinləri könüllü iştirak ediblər.

Aksiyada rayonun bütün yaşayış məntəqələrində ümumilikdə 5000 ədəd olmaqla, xan çinarı, daş palıdı, eldar şamı, alyandr və digər həmişəyaşıl kollar əkilib. Yeni əkilən tinglər suvarılıb, ərazidəki mövcud ağacların dibi yumşaldılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib. Eyni zamanda, qəbiristanlıqlarda və küçələrdə təmizlik işləri aparılıb.

Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Samux rayonunda yaşıllaşdırma və abadlıq işləri il boyu davam etdiriləcəkdir.

Keçidlər