Samux rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub.
13 fevral 2023 | 15:09
Samux rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub.
Fevralın 13-də Samux rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin rəisi , mayor Şahin Məhərrəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və xidmətin yerli bölməsinin şəxsi heyəti iştirak ediblər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Daha sonra Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Dövlət xidmətinin rayon bölməsinin əməkdaşlarının timsalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edib, onlara dövlətin, xalqın və Ali Baş Komandanın hər zaman etimadını doğrultmağı və üzərlərinə düşən məsul, şərəfli işlərində uğurlar arzulayıb.