Samux rayonunda Qurban bayramı münasibəti ilə 3050 nəfərdən artıq insana bayram payı verildi.
09 iyul 2022 | 11:33
İslam dünyasının ən əziz bayramı olan Qurban bayramı münasibəti ilə Samux rayonunda Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, məcburi köçkünlər, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylanıldı. Samux rayonu üzrə 3050 nəfərdən artıq insana bayram payı verildi.