Samux rayonunda qanvermə aksiyası keçirildi.
Samux rayonunda qanvermə aksiyası keçirildi.
7 sentyabr 2022-ci il tarixdə Birinci Vitse-Prezident, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Samux rayon mərkəzi xəstəxanasında talasemiyyalı və hemofiliyyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilmişdir. Aksiyaya könüllü qoşulan vətəndaşlar arasında müxtəlif yaş qurupuna aid insanlar iştirak ediblər. Aksiyada Samux Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ictimaiyyətinin və gənclərin nümayəndələri aktiv şəkildə iştirak edərək qan vermişlər. Səhər saatlarından başlayan aksiyada məqsəd hemofiliyalı və talassemiyalı xəstələrə, eləcə də qana ehtiyacı olanlara kömək etməkdir. Xüsusi tibbi briqadanın həkimləri tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən edilib.Humanitar aksiyada 81 nəfərə yaxın könüllü qan verib.