Samux rayonunda “Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı” günü qeyd edildi.
Samux rayonunda Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı qeyd edilmişdir. Tədbir iştirakçıları ilk öncə Heydər Parkında ucaldılmış Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq ulu öndərə hörmət və ehtiramını bildirmişlər.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, rayonun hüquq mühafizə orqanlarının və idarə müəssisə rəhbərləri iştirak etmişdirlər.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev başda Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyev olmaqla bütün prokurorluq orqanları əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək, xoş arzularını çatdırdı.
Samux rayon Prokuroru Mayıl Hacıyev isə çıxışında ölkə başçısının prokurorluq orqanlarına və işçilərinə göstərdiyi qayğısı haqqında geniş və ətraflı məlumat verdi və göstərilən bu diqqətə görə minnətdarlığını bildirdi.