Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda polis əməkdaşlarının peşə bayramı qeyd olunub

02 iyul 2024 | 10:36

Samux rayonunda Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü münasibəti ilə tədbir keçirilib.  Tədbirdə Samux RİH-nin başçısı Firdovsi Əliyev, hüquq mühafizə oraqnlarının rəhbərləri, şəhid ailələri, İcra Hakimiyyətinin əməkdaşları, Samux Rayon Polis şöbəsinin işçiləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan polisi uzun, tarixi və şərəfli bir yol keçib. Müstəqil Azərbaycanın daxili işlər orqanlarının formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu olduğunu vurğulayıb. Bildirib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq mühafizə orqanları, o cümlədən Azərbaycan polisi insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.

Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramil Səfərəliyev bildirib ki, polis əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər. Azərbaycan polisi İctimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaq.

Tədbirdə çıxış edən digər yerli hüquq mühafizə orqanlarının rəhbərləri polis işçilərini peşə bayramları münasibətilə təbrik edib.

Sonda xidmətdə fərqlənən bir qrup polis işçisinə Samux Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli xatirə hədiyyələri təqdim olunub.

 

Keçidlər