Samux rayonunda orta aylıq nominal əməkhaqqı 527,0 manat olmuşdur.
Samux rayonunda orta aylıq nominal əməkhaqqı 527,0 manat olmuşdur.
Əhalinin sosial rifah halına təsir edən amillərdən biri onun muzdla çalışan hissəsinə hesablanmış əməkhaqqı fondunun miqdarıdır.
2022-ci ilin II rübünün sonuna rayonda siyahı tərkibində olan işçilərin sayı 5550 nəfər və hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 15,2 faiz artaraq 527,0 manat təşkil etmişdir. Dövlət müəssisələrində siyahı tərkibində olan işçilərin sayı 4035 nəfər, orta aylıq nominal əmək haqqı 557,6 manat, qeyri-dövlət müəssisələrdə siyahı tərkibində olan işçilərin sayı 1515 nəfər, orta aylıq nominal əməkhaqqı isə 437,7 manat olmuşdur.
2022-ci ilin yanvar-iyun aylarında Samux rayonunda 41 yeni iş yeri açılmışdır. 18 iş yeri mövcud müəssisə və təşkilatlarda, 23 iş yeri isə yeni yaradılmış müəssisə və təşkliatlarda yaradılmışdır. Bu iş yerlərinin hamısı daimi iş yerləridir.
Samux Rayon Statistika İdarəsinin
rəis müavini Allahverdi Məmmədov