Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda orta aylıq əməkhaqqı 523,9 manat olmuşdur

13 may 2022 | 16:53

Əhalinin sosial rifah halına təsir edən amillərdən biri onun muzdla çalışan hissəsinə hesablanmış əməkhaqqı fondunun miqdarıdır.                                                             

                      2022-ci ilin I rübünün sonuna rayonda siyahı tərkibində olan  işçilərin  sayı 5583 nəfər və  hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə  nisbətən 15,1 faiz artaraq 523,9 manat təşkil etmişdir. Dövlət müəssisələrində siyahı tərkibində olan işçilərin sayı  4065 nəfər, orta aylıq nominal əmək haqqı 554,9 manat, qeyri-dövlət müəssisələrdə isə siyahı tərkibində olan işçilərin sayı 1518 nəfər, orta aylıq nominal əmək haqqı 433,9 manat olmuşdur.

                          2022-ci  ilin I rübündə Samux rayonunda 18 yeni iş yeri açılmışdır. Bu iş yerlərinin hamısı  mövcud müəssisə və təşkilatlarda yaradılmış və  daimi iş yerləridir.

 

 

Samux Rayon Statistika İdarəsinin

rəis müavini Allahverdi Məmmədov

Keçidlər