Samux rayonunda Novruz bayramı münasibətilə şəhid övladları ilə görüş keçirilib
Samux rayonunda Novruz bayramı münasibətilə Samux Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan şəhid övladlarına bayram sovqatları təqdim olunub.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid ailələrinin övladlarını Novruz bayramı münasibətilə təbrik edib,şəhid ailələrini və onların övladlarını Novruz bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Bildirib ki, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla anılır, onların ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Tədbirin keçirilməsində əsas məqsəd şəhid ailələrinə və onların övladlarına diqqət və qayğının göstərilməsi, Novruz bayramının sevincini onlarla bölüşmək olub.
Qeyd olunub ki, rayon rəhbərliyi tərəfindən şəhid ailələri daim diqqət və qayğı ilə əhatə olunur, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.






