Samux rayonunda Novruz bayramı münasibəti ilə N saylı Sərhəd Zastavasında sərhədçilərlə görüş keçirildi.
Samux rayonunda Novruz bayramı münasibəti ilə N saylı Sərhəd Zastavasında sərhədçilərlə görüş keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə rayon mərkəzindən 70 km uzaqlıqda yerləşən, Gürcüstan Respublikası ilə həmsərhəddə N saylı Sərhəd Zastavasında sərhədçilərlə görüş keçirildi. Görüşdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Tədbir iştirakçıları tədbirdən öncə Poylu kəndində Qarabağ döyüşlərində şəhid olanların əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoydular.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bayram tədbirində əvvəlcə Dövlət Himnimiz səsləndirildi.Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Novruz bayramı münasibəti ilə şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzuladı.Hərbi hissədə yaradılan şəraiti yüksək qiymətləndirən Alı Qocayev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğundan və rəşadətli Azərbaycan ordusunun gücü hesabına 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunmasından danışdı. 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən sonra ölkəmizdəki bayram abu-havasının artdığını xüsusi olaraq qeyd etdi.
Gəncə Regional Mədəniyyət İdarəsinin kollektivi tərəfindən hazırlanmış müxtəlif musiqi nömrələri səsləndirilmiş, gənc əsgərlər rəqsə dəvət edilmişlər.
Tədbirin sonunda çıxış edən hərbiçilər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.