Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda növbəti iftar süfrəsi təşkil edildi.

28 aprel 2022 | 12:18

Mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsidir. Ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə  xidmət edən mübarək bayramdır. Bu məqsədlə, Samux rayonunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti iftar süfrəsi təşkil edildi. İftar mərasimində “Qurani-Kərim”dən ayələr oxundu, Ramazan ayının fəzilətləri barədə söhbət açıldı,  xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edildi. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirələri 1 dəqiqəlik sükutla anıldı, ruhlarına dualar oxundu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi  və birinci vitse-prezident  Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə görülən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, imzalanan Fərman və Sərəncamlardan söz açıldı.

İftar süfrəsində din xadimləri, şəhid ailələri, qazilər və rayonun digər rəhbər şəxsləri də iştirak etdilər.

Keçidlər