Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda növbəti dəfə vətəndaşların fərdi qaydada qəbulu keçirildi

16 may 2024 | 15:16

Samuxda növbəti dəfə vətəndaşların fərdi qaydada qəbulu keçirilibdir.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib.

Samux Rayon İcra Hakmiyyətində keçirilən qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər əsasən məşğulluq, kənddaxili yolların təmiri və digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

 

 

Keçidlər