Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda müasir Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq "Xatirəmdə yaşayan dahi insan" mövzusunda tədbir keçirildi.

29 mart 2023 | 16:20

29.03.2023-cü il tarixində Samux rayon Heydər Əliyev Mərkəzində müasir Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq "Xatirəmdə yaşayan dahi insan" mövzusunda görüş keçirildi. Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova ulu öndərin fəaliyyəti haqqında geniş məlumat verdi. Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova ulu öndərin böhranlı vəziyyətdə olan ölkədən Cənubi Qafqazın iqtisadi-siyasi baxımdan ən güclü dövlət səviyyəsinə gətirilməsində atdığı qəti addımlardan, Samux rayon Gənclər İdman İdarəsinin rəisi Rəşad Qarayev ulu öndərin Azərbaycan idmanın dünya arenasında mühüm yer tutmasında göstərdiyi xidmətlərindən bəhs etdilər. Daha sonra Heydər Əliyevin bölgəyə səfəri zamanı onunla görüşmüş, Samux rayon ziyalısı Nizami Məmmədov tədbir iştirakçılarına ulu öndərlə bağlı xatirələrindən danışdı. Onun xalqına necə dəyər verdiyini, hər kəsi öz dilində danışdırmaq bacarığı olduğunu, qeyri-adi yaddaşa və nitqə malik olmasından, bölgəyə səfərləri zamanı yaşanmış maraqlı hadisələrdən danışdı.

Keçidlər