Samux rayonunda məktəblərdə “Son zəng” tədbiri keçirilib.
Samuxda məktəblərdə “Son zəng” tədbiri keçirilib.
Samux rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Təhsil Nazirliyinin məsul şəxsləri, şəhid ailələri, qazilər və valideynlər Samux şəhər 1 və 2 saylı tam orta məktəblərində keçirilən “Son zəng tədbirində iştirak edib.
Samux Rayon İcra hakimiyyətinin başçısı Firodvsi Əliyev məzunları təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğısından danışıb. Samux rayonunda təhsilin inkişafı onun maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib.
Məlumat verilib ki, bu il Samux rayonunun 23 tam orta məktəbini 587 məzun bitirib. İlkin nəticələrə əsasən məzunların imtahan göstəriciləri qənaətbəxşdir.
Tədbirlərdə məzunların və məktəblilərin çıxışları dinlənilib. Sevinc və həyəcan dolu duyğularla gözlənilən on bir illik məktəb həyatının sonuncu zəngi çalınıb.






