Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda məhsul buraxılışının 49,6 faizi kənd təsərrüfatının payına düşür.

01 iyun 2022 | 09:57

    2022-ci ilin I rübündə rayon üzrə məhsul buraxılışının həcmi 34166,5 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 4572,9 min manat və ya 15,5 faiz çoxdur. Buraxılan məhsulun 16952,7 min manatı və ya 49,6 faizi rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşür.

       Məhsul buraxılışının həcmi sənaye üzrə 19,3 faiz, tikinti üzrə 2,3 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 1,8 faiz, informasiya və rabitə üzrə 0,7 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri üzrə isə 26,3 faiz  olmuşdur.

 

 

Samux Rayon Statistika İdarəsinin

rəis müavini Allahverdi Məmmədov   

Keçidlər