Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda kənd təsəttüfatı dinamik inkişaf edir.

20 oktyabr 2022 | 09:41

Samux rayonunda kənd təsəttüfatı dinamik inkişaf edir

    2022-ci ilin yanvar-sentyabr aylarının makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının  dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.

         Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 95896,5 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,1 faiz çoxdur.

         Hesabat dövründə 10859,9 hektar taxıl sahəsində biçin aparılmışdır. Həmin sahələrdən 43462,0 ton məhsul yığılmışdır. Məhsuldarlıq hər hektardan orta hesabla 40,0 sentner  olmuşdur.

        Təsərrüfatlarda 13674,7 ton tərəvəz, 1063,5 ton qarğıdalı, 5176,3 ton günəbaxan, 3177,1 ton bostan, 64,8 ton paxlalı bitkilər, 1927,6 ton kartof, 64082 ton ot,  22045,4 ton küləş istehsal olunmuşdur.

       Cari ildə bundan başqa 7603,6 ton meyvə və giləmeyvə, 6748,4 ton üzüm istehsal olunmuşdur.     

       Hal-hazırda sahələrdə məhsul toplanışı davam edir.                                       

                                                         

 

Samux Rayon Statistika İdarəsi

Keçidlər