Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda intensiv meyvə bağlarının sahəsi genişlənir

26 avqust 2025 | 14:50

Samux rayonunda intensiv meyvə bağlarının sahəsi genişlənir

Son illərdə kənd təsərrüfatının əksər sahələri kimi meyvəçilik sahəsində də inkişaf nəzərə çarpır. Müasir meyvəçilik intensiv yolla inkişaf etdirilir, tez məhsula düşən, bol və keyfiyyətli məhsul verən sortların sahələri genişləndirilir. İntensiv üsulla becərilən meyvə bağlarının salınması Samux rayonunda da geniş vüsət almışdır.
Samux Rayon Statistika İdarəsindən verilən məlumata görə rayonda 1 avqust 2025-ci il tarixinə 2372,7 hektar meyvə bağları olmuşdur. Mövcud olan meyvə bağlarının 234,5 hektarı və ya 9,8 faizi intensiv üsulla becərilən sahələrdir ki, bunun da 57,0 hektarını yeni salınmış bağlar təşkil etmişdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə intensiv üsulla becərilən meyvə bağlarının sahəsi 25 hektar və ya 11,9 faiz artmışdır.
İntensiv üsulla becərilən meyvə bağların 10,0 hekratı alma, 10,0 hektarı armud, 14,3 hektarı xurma, 7,0 hektarı heyva, 41,0 hektarı ərik, 118,3 hektarı şaftalı, 6,3 hektarı gavalı, 2,0 hektarı alça, 25,6 hektarı gilas bağları olmuşdur.
1 avqust 2025 ci il tarixinə intensiv üsulla becərilən meyvə bağlarından 1319,6 ton məhsul yığılmışdır.
Məhsul yığımı davam edir.


Samux Rayon Statistika İdarəsi

Keçidlər