Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda heyvandarlığın inkişafına maraq artırılır.

20 may 2022 | 10:29

2021-ci ilin sonuna rayonun təsərrüfatlarında 23401 baş iri buynuzlu mal-qara, 133715  baş qoyun və keçilər mövcud olmuşdur.

      İri buynuzl mal-qaranın 1332 başı kənd təsərrüfatı müəssisələrində, 22069 başı isə əhali təsərrüfatlarında, qoyun və keçilərin 16518 başı kənd təsərrüfatı müəssisələrində, 117197 başı isə əhali təsərrüfatlarında olmuşdur.

       Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 18 ton artaraq 1534 ton, süd istehsalı 383 ton artaraq 8547  ton, yumurta istehsalı 12 min ədəd  artaraq 2768 min ədəd olmuşdur.

       Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 16952,7 min manat olmuşdur ki, bunun  da 14643,8 min manatını və ya 86,4 faizini heyvandarlıq məhsulları təşkil edir.

 

 

Samux Rayon Statistika İdarəsinin

rəis müavini Allahverdi Məmmədov

Keçidlər