Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Heydər Əliyev ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

02 dekabr 2023 | 16:11

“Heydər Əliyev ili” çərçivəsində Samux rayonunun Ziyadlı kəndi ərazisində, Samux-Yenikənd avtomobil yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiyada Samux RİH başçısı Firdovsi Əliyev, şəhid ailələri, idarə, müəssisə və təşkilatların kollektivləri, sakinlər və gənclər iştirak ediblər.
Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibəti ilə Samux rayonu ərazisində ağacəkmə aksiyasında rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 900 ədəd ağaclar əkilib.

Keçidlər