Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Fərid Qayıbov vətəndaşların müraciətlərini dinləyib.

24 noyabr 2022 | 09:29

Samux rayonunda Fərid Qayıbov vətəndaşların müraciətlərini dinləyib.

Gənclər və idman naziri Fərid Qayıbov Samux rayonunda noyabrın 23-də Samux, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinləri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Samux şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Samux şəhərində Yeni Azərbaycan Partiyasının(YAP) inzibati binasında keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

 

Keçidlər