Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda ərzaq və kənd təsərrüfatı məhsullarının satışı üçün “Bayram yarmarkası” təşkil edildi.

14 mart 2023 | 17:16

Samux rayonunda ərzaq və kənd təsərrüfatı məhsullarının satışı üçün “Bayram yarmarkası” təşkil edildi. Bayram ərəfəsində əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi ilə Sərkar kəndinin H.Z .Tağıyev küçəsində satış yarmarkası təşkil olunub. Yarmarkaya çıxarılan məhsulların sanitar-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Rayonun kəndlərindən gətirilən ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti və çərəzlər bazar qiymətlərindən orta hesabla 20-30 faiz ucuz satılıb. Sakinlər yarmarkanın keçirilməsindən, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər. Samux rayonunda sözügedən yarmarka ənənəvi olaraq hər il keçirilir. Yarmarkadan sonra kənd sakinləri ilə Novruz bayramı münasibətilə görüş keçirildi.Konsert proqramı təşkil edildi.

Keçidlər