Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması mövzusunda “növbəti maarifləndirici tədbir keçirildi.

22 fevral 2023 | 09:59
“Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması mövzusunda “növbəti maarifləndirici tədbir keçirildi. Tədbirdə Samux Rayon İcra Hakmiyyəti başçısının müavini-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Kəmalə Xəlilova, rəisin Şəxsi heyyətin işləri üzrə köməkçisi polis polkovnik-leytenantı Arzu Məmmədov, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev və məktəblərin müəllim-şagird kollektivi iştirak etdi.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Kəmalə Xəlilova yeniyetmə və gənclərə erkən nikahın və qohumlar arasında nikahın mənfi təsirlərindən, çətin həyat şəraitində yaşayan, sosial müdafiəyə ehtiyacı olan gənclərin dünyagörüşünün genişləndirilməsi,onların informasiya təminatının yaxşılaşdırılması barədə ətraflı məlumat verdi.
Polis şöbəsinin əməkdaşı, polkovnik-leytenantı Arzu Məmmədov çıxış edərək erkən nikah hallarının baş verməsinin bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu bildirdi.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev də çıxış edərək bildirdi ki, ailələrdə qız övladlarına duz yükü kimi baxan, “tez evlənən, tez yuxudan duran qazanar” şüarını əldə bayraq edən valideynlər öz valideynlik borcunu yerinə yetirmiş hesab edir, nəticədə bu cür hallar qızların təhsildən yayınmasına və eyni zamanda boşanmaların sayının artmasına gətirib çıxarır.
Keçidlər