Samux rayonunda "Əmək yarmarkası" keçirilib
Gəncə-Daşkəsən Regional Məşğulluq filialının və Samux Rayon İcra Hakmiyyətinin birgə təşkilatçılığı ilə YAP Samux rayon təşkilatının inzibati binasında "Əmək yarmarkası" keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov, Gəncə Peşə Hazırlığı Mərkəzinin direktoru Ariz Ağayev, KOBİA-nın regional kordinatoru Anar Əliyev
və idarə, müəssisə, təşkilatlar, eyni zamanda iş axtaran yerli sakinlər iştirak edib.
Yarmarkanı giriş nitqi ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev bildirib ki, respublikada əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilib, insan amilinə qayğı prioritet vəzifəyə çevrilib. Yeni iş yerlərinin təklifi əhalinin məşğulluq problemlərinin həllində əhəmiyyətli rol oynayır, əmək bazarında rəqabətə davamlılığın artırılması, kadr potensialının yüksəldilməsinə birbaşa təsir edir.
Aktiv məşğulluq tədbirində 18 müəssisə tərəfindən 154-dən artıq vakansiya təqdim edilib.
İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-si qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunub.