Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Ədliyyə işçilərinin peşə bayramı” günü qeyd edilib

22 noyabr 2024 | 11:35
22 noyabr 2024-cü il tarixində Samux Rayonu İcra Hakimiyyətində “Ədliyyə işçilərinin peşə bayramı” günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Heydər Parkında ucaldılmış Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq ulu öndərə hörmət və ehtiramını bildiriblər.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbiri Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev açaraq başda Ədliyyə Naziri Fərid Əhmədov olmaqla bütün ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, Azərbaycan Respublikasında ədliyyə orqanlarının rolu, ədliyyə sisteminin tarixi, bu günü və ölkə başçısının ədliyyə orqanlarına və işçilərinə qayğısı haqqında geniş nitq söyləmişdir.

 

Keçidlər